Daha bir cüdoçumuzdan bürünc medal

Daha bir cüdoçumuzdan bürünc medal

Hazırda oxunan: Daha bir cüdoçumuzdan bürünc medal

100670

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın daha dörd cüdoçusu yarışda mübarizəyə başlayıb.

Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb. 81 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə Abılayxan Jubanazarı (Qazaxıstan) məğlub edib.
O, bundan əvvəlCavad Sardidi (Səudiyyə Ərəbistanı), Hievorh Manukyan (Ukrayna) və Fransua Drapoya (Kanada) qalib gəlsə də, yarımfinalda Nikolya Çilarda (Fransa) uduzub.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq. Daha əvvəl 60 kq çəki dərəcəsindəki Balabəy Ağayev bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO