Qadın boksçumuz Avropa çempionatının finalına yüksəldi

Qadın boksçumuz Avropa çempionatının finalına yüksəldi

Hazırda oxunan: Qadın boksçumuz Avropa çempionatının finalına yüksəldi

100599

Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib. 

Bizim.Media xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. 

Komandamızın heyətində Aynur Rzayeva (+81 kq) Darya Kozoreslə (Moldova) üz-üzə gəlib.

Avropa çempionatının bürünc medalçısı bu dəfə daha yaxşı nəticə göstərib. Rzayeva rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək finala yüksəlib. Bununla da Azərbaycan 6 ildən sonra Avropa çempionatının həlledici mərhələsində təmsil olunacaq. Aynur finalda ukraynalı Mariya Lovçinska ilə döyüşəcək. 

Millimizin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. 1/4 finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda irlandiyalı Katlin Fryerslə qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub. 
Qeyd edək ki, 30 ölkədən 154 boksçu qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO