\"Barselona\"nın baş məşqçisi Ronaldo və Messi arasındakı rəqabətdan DANIŞIB 

Hazırda oxunan: \"Barselona\"nın baş məşqçisi Ronaldo və Messi arasındakı rəqabətdan DANIŞIB 

100568

"Barselona"nın baş məşqçisi Xavi argentinalı hücumçu Lionel Messi ilə portuqaliyalı forvard Kriştiano Ronaldo arasındakı rəqabətdən danışıb.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, mütəxəssis Ronaldonun Messini inkişaf etmək üçün həvəsləndirdiyini deyib:

“Kriştiano Messiyə əlavə təkan verdi, daha yaxşı olmağa həvəsləndirdi. Ronaldo və Lionel bunu etiraf etməyəcəklər, amma mən əminəm ki, onlar bir-birini izləyiblər. Əgər idman ruhunuz varsa, ən yaxşı olmaq istəyirsiniz”.

"Mançester Yunayted"də çıxış edən 37 yaşlı Ronaldo bu mövsüm bütün turnirlərdə 12 oyunda 2 qol vurub və 1 qolun ötürməsini verib. Hazırda PSJ-nin futbolçusu olan 35 yaşlı Messi bu mövsüm 14 oyunda 8 qol vurub və 8 qol ötürməsi ilə yada qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO