Boks üzrə Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib - FOTO 

Boks üzrə Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib - FOTO 

Hazırda oxunan: Boks üzrə Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib - FOTO 

100547

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil olunun yarışda bu gün 1/4 final mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının məlumatında bildirilib.

Məlumata görə, baş tutan 20 döyüşün nəticəsinə əsasən, 5 çəki dərəcəsi üzrə yarımfinalçılar bəlli olub.

Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Yığma üzvlərindən Ümid Rüstəmov, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Mirşərif Kazımzadə və Eldar Quliyev 1/4 final mərhələsini uğurla adlayıblar.
Qeyd edək ki, bu mərhələnin döyüşlərinə sabah yekun vurulacaq. Görüşlər saat 14:00-da başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO