5 cüdoçumuz Böyük Dəbilqədə tatamiyə çıxacaq - Bu gün

5 cüdoçumuz Böyük Dəbilqədə tatamiyə çıxacaq - Bu gün

Hazırda oxunan: 5 cüdoçumuz Böyük Dəbilqədə tatamiyə çıxacaq - Bu gün

100416

Azərbaycanın beş cüdoçusu bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə start götürəcək Böyük Dəbilqədə mübarizəyə start verəcək. 

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Angelo Pantano (İtaliya) ilə, eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayevlə (Qazaxıstan) üz-üzə gələcək. 

66 kq-da yarışan Tofiq Məmmədov 1/32 final mərhələsində Oskar Pertelsonla (Estoniya) görüşəcək. 

Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva 1/16 finalda Rafael Batistanın (Braziliya), 52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva eyni raundda Tolqanay Abeuovanın (Qazaxıstan) müqavimətini qırmağa çalışacaq. 

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO