Yay Olimpiya Oyunları 2036-cı ildə harada keçiriləcək? – Müraciət edən ÖLKƏLƏR

Yay Olimpiya Oyunları 2036-cı ildə harada keçiriləcək? – Müraciət edən ÖLKƏLƏR

Hazırda oxunan: Yay Olimpiya Oyunları 2036-cı ildə harada keçiriləcək? – Müraciət edən ÖLKƏLƏR

100239

2036-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin sayı bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) baş direktoru Kristof de Kepper Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyasının iclasında deyib.

IOC rəsmisinin sözlərinə görə, 10 ölkə olimpiada üçün müraciət edib. De Kepper hələlik həmin layihələrin ilkin mərhələdə olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq. Daha əvvəl Misirin 2036-cı ildəki yarış üçün müraciət edəcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO