Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazanıb

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazanıb

100205

Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 2 gümüş medal qazanıb. 

Bizim.Media xəbər verir ki, Federasiyadan verilən məlumata görə, 67 kq-da çıxış edən "Zirvə" İdman Klubunun üzvü yaşı 20-dək olan idmançılar arasında qüvvəsinı sınayıb. 
 
Birdən qaldırmada 140 kq-ı ram edən Cavadov bu hərəkətdə gümüş medala sahib çıxıb.

Təkanla qaldırmada 165 kq-ı başı üzərinə qaldıran idmançı bu hərəkətdə 4-cü pillədə qərarlaşıb. Toplam 305 kq (140+165) nəticə göstərən atlet yekun sıralamada 2-ci yeri tutub. 

Eyni çəkidə mübarizə aparan "Təhsil" İOEUGİŞ Məktəbinin təmsilçisi Murad Əliyev isə yarışı medalsız başa vurub. 

Qeyd edək ki, daha əvvəl Tehran Məmmədov (61 kq) yaşı 20-yə qədər olan iştirakçılar arasında 2 gümüş 1 bürünc, İsa Rüstəmov (67 kq) isə 3 qızıl medal əldə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO