Boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi

Boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi

Hazırda oxunan: Boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi

100161

Azərbaycan boksçusu Anaxanım İsmayılova Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. 

Bizim.Media Federasiyaya istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Yaroslava Marinçuka (Ukrayna) 3:2 (30:27, 29:28, 30:27, 27:30, 27:30) hesabı ilə qalib gəlib. 

İsmayılova yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. O, növbəti döyüşündə irlandiyalı Katlin Fryerslə üz-üzə gələcək. Görüş oktyabrın 21-də olacaq. 

Qeyd edək ki, 1/4 finalda yığmanın digər üzvü Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviçla (Serbiya) mübarizə aparacaq. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Darya Kozoresi (Moldova) sınağa çəkəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO