Məşhur repçinin avtomobili gülləbaran edildi - FOTO

Məşhur repçinin avtomobili gülləbaran edildi - FOTO

Hazırda oxunan: Məşhur repçinin avtomobili gülləbaran edildi - FOTO

91451

Ukraynalı repçi Aleksandr Pabl Moskvanın qərbində hücuma məruz qalıb.

Sfera.az oxu az-a istinadla xəbər verir ki, axşam saat 18:00 radələrində məşhur repçinin avtomobili travmatik silahlardan atəşə tutulub.

Hücum zamanı o, öz avtomobilində sevgilisi ilə olub. Naməlum şəxslər avtomobili atəş tutaraq, dərhal gözdən itiblər. Hadisə nəticəsində avtomobilin sol ön şüşəsi sınıb, xoşbəxtlikdən cütlük xəsarət almayıb. Hadisədən sonra Pabl şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Baş verən hadisənin motivləri açıqlanmayıb.

 

Qeyd edək ki, Aleksandr Pablın çox ağır həyat dramı var. İllər öncə keçirdiyi avtomobil qəzası nəticəsində onun hər iki ayağı amputasiya olunub, protezlərlə gəzir. Aleksandr Rusiyanın birinci kanalında yayımlanan "Qolos” (Səs), TNT-də yayımlanan "Pesni na TNT” layihələrində uğurla iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO