Balakəndə ağır yol qəzası

Balakəndə ağır yol qəzası

Hazırda oxunan: Balakəndə ağır yol qəzası

84044

Balakəndə yol qəzasi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Balakən-Qazma avtomobil yolunda baş verib. 

Belə ki, Qazma kənd sakini Yusif Hacıyevin idarə etdiyi minik avtomobili ilə Bedağar kənd sakini - 1985-ci il təvəllüdlü Azər Əlihacı oğlu Qandayevin idarəetdiyi minik avtomobili toqquşub. Qəza zamanı sürücü Yusif Hacıyev xəsarət almasa da, avtomobildə olan anası - 1964-cü il təvəllüdlü Əmanət Qurban qızı Hacıyeva,  gəlinləri - 1993-cü il təvəllüdlü Türkanə Sultan qızı Hacıyeva və digər avtomobilin sürücüsü A. Qandayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Yaralılardan Ə. Hacıyeva əməliyyat edildikdən bir qədər sonra xəstəxananın Reanimasiya şöbəsində vəfat edib. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO