"Mercedes" dərəyə aşdı

Hazırda oxunan: "Mercedes" dərəyə aşdı

71219
Suraxanı rayonunda maşın dərəyə yuvarlanıb.

Hadisə yerində olan Zeynalov Rüfətin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün saat 14:00-14:20 radələrində "Mercedes" markalı, 90EZ144 dövlət nömrə nişanlı avtomobil Günəşli-Qaraçuxur yolu ilə hərəkət edərkən dərəyə aşıb. 

Hadisə nəticəsində ölən olmayıb. Xəsarət alanlar haqqında isə hələlik dəqiq məlumat yoxdur. 

"Hal-hazırda hadisə yerinə kran gətirilib. Maşın qaldırılır. Avtomobil həmin yerdə bəzi evlərə ziyan vurub. Belə ki, avtomobilin aşdığı yerdə evlər var. Maşın evlərin hasarına çırpılıb. Həmin yolda indi də tıxac var", - deyə Zeynalov Rüfət bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO