18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonu ərazisndə ermənilərin qeyri-qanuni məskunlaşdırılması davam edir.
"Artshaq TV"-nın verdiyi məlumata görə Şəlvə kəndində yerləşdirilən ermənilər mənzil problemindən şikayət edirlər.
2014-cü il Şəlvə kəndində doğum səviyyəsi bütün əvvəlki göstəriciləri ötüb. Səkkiz ailədə yeni doğulan uşaqlar var. Ermənilər kəndin inkişafı və çiçəklənməsi üçün bunun yaxşı zəmin olduğunu bildirirlsələr də mənzil problemlərinin olmasından şikayətlənirlər...




























































































