Paytaxtda avtobus qəzası, 4 nəfər xəsarət aldı

Paytaxtda avtobus qəzası, 4 nəfər xəsarət aldı

Hazırda oxunan: Paytaxtda avtobus qəzası, 4 nəfər xəsarət aldı

59340
Paytaxtda minik avtomobili avtobusla toqquşub. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə oktyabrın 24-də saat 23.45 radələrində, M.Useynov küçəsində baş verib.
 
Bakı şəhər sakinləri 21 yaşlı  Elxan Lətif oğlu Nəbiyevin idarə etdiyi “Toyota” markalı 90 FZ 021 nömrə nişanlı avtomobillə 64 yaşlı İbrahimxəlil Mustafa oğlu Mustafayevin idarə etdiyi “Daewoo” markalı 10 TG 743 nömrə nişanlı 5 saylı xətt avtobusunun toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
 
Xəsarət alanlar - E.Nəbiyev və sərnişinləri 1994-cü il təvəllüdlü Rövşən Lətif oğlu Əlləzov, 1990-cı il təvəllüdlü Rəşad Mərdan oğlu Qarayev 3 saylı Təcili Tibbi Yardım Stansiyasına, İ.Mustafayev isə Kliniki Tibbi Mərkəzdə yardım edilərək evə buraxılıb.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO