Evdən qaçan məktəbli qızın dəhşətli intiharı - TƏFƏRRÜAT

Evdən qaçan məktəbli qızın dəhşətli intiharı - TƏFƏRRÜAT

Hazırda oxunan: Evdən qaçan məktəbli qızın dəhşətli intiharı - TƏFƏRRÜAT

56741
Bu gün Bakıda baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatı məlum olub. Nizami Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, ötən həftə 15 yaşlı Hacıyeva Qəmər Gülağa qızı evdən qaçıb. Q.Hacıyeva itkin düşmüş kimi axtarışda olub. Sentyabrın 29-na keçən gecə Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları qızı tapıb. Polis əməkdaşları Q.Hacıyevanı çətinliklə anasına təhvil veriblər. Q.Hacıyeva evə qayıtmaq istəməyib.
 
Bildirilir ki, qızla anasının münasibətləri qaydasında olmayıb. İntiharın baş verdiyi vaxt evdə onun anası və dayısı olub. Polislər qızı evə gətirdikdən sonra o, öz otağında qapanıb və səhər saatlarında Bəhruz Nuriyev küçəsi, ev 37, mənzil 30 ünvanında özünü 6-cı mərtəbədən yerə atıb. Məktəbli qız aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.
 
Q.Hacıyevanın atası yoxdur. O, ailədə yeganə uşaq olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO