2 yaşlı uşağın əli ətçəkən maşında qaldı -  Dəhşət

2 yaşlı uşağın əli ətçəkən maşında qaldı - Dəhşət

Hazırda oxunan: 2 yaşlı uşağın əli ətçəkən maşında qaldı - Dəhşət

55724
Gəncədə bədbəxt hadisə nəticəsində azyaşlı uşağın əli yerindən qopub. 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası baş həkim Azad Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, sentyabrın 17-də Məhsəti qəsəbəsində yaşayan ailənin azyaşlı uşağının əli ət maşınında qalıb.

Hadisə nəticəsində 2 yaşlı Əkbər Qərib oğlu Hüseynovun sağ qolu biləkdən aşağı kəsilib.

“Uşaq xəstəxanaya gətirilərkən şokda idi. Onun əlini xilas edə bilmədik. Əli parçalanmışdı. Onun əlini amputasiya etdik”, - deyə Azad Quliyev bildirib.

Qeyd edək ki, Əkbər Hüseynovun əli elektrik ilə çalışan ət maşınının içində qalıb. hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO