Toyda dava düşdü

Toyda dava düşdü

Hazırda oxunan: Toyda dava düşdü

54142
Balakən rayonunda toyda insident baş verib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 3-ü gecə saat 22:45 radələrində rayonun Yeni Şərif kənd sakini, 1987-ci il təvəllüdlü Məhəmməd Əli oğlu Kiriyev və Balakən şəhər sakini, 1979-cu il təvəllüdlü Telman Rauf oğlu Soltanov xəsarətlə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər.

Hazırda onların vəziyyəti orta-stabil hesab olunur.

Araşdırma zamanı məlum olub ki, Əli Kiriyev və Telman Soltanov Balakən şəhərində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy mərasimində yaranan dava nəticəsində xəsarət alıblar.

Baş vermiş hadisə ilə bağlı hələki saxlanılan yoxdur. 

Araşdırma aparılır. (ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO