Neftçalada 58 yaşlı veliosipedçini maşın vurub öldürdü

Neftçalada 58 yaşlı veliosipedçini maşın vurub öldürdü

Hazırda oxunan: Neftçalada 58 yaşlı veliosipedçini maşın vurub öldürdü

53395
Bu gün günorta saatlarında Neftçala rayonunun Qoltuq kəndində avtomaşın velosipedçini vurub.

Sfera.az bildirir ki, Neftçala şəhəri, 6-cı məhəllədə yaşayan 1960-cı il təvəllüdülü Elxan Firudin oğlu Əhmədovun sürdüyü velosiped "Volkswagen Passat" markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan velosipedçi Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, qəzaya səbəb velosipedçinin qarşısında dayanmış avtobusun arxasından qəfil minik maşınının yoluna çıxması olub.

Faktla bağlı araşdırmalara başlanılıb.(virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO