Bayram günü nişanlı oğlan özünü asdı

Bayram günü nişanlı oğlan özünü asdı

Hazırda oxunan: Bayram günü nişanlı oğlan özünü asdı

51645
Şamaxı rayonunda gənc oğlan intihar edib.


Hadisə bu gün saat 12.00 radələrində rayonun Ovculu kəndində baş verib.


Kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.


Alıyev bir neçə aydır ki, nişanlıdır və bu yaxınlarda toyu olacaqmış. M. Alıyevin maddi vəsait problemi səbəbindən Novruz bayramı ilə əlaqədar nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir.  


Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO