Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Kurqanda tutuldu

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Kurqanda tutuldu

Hazırda oxunan: Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Kurqanda tutuldu

50771
 Rusiyanın Kurqan şəhərində RF DİN əməkdaşları tərəfindən 2017-ci ilin aprel ayında Azərbaycanda törətdiyi dələduzluq səbəbindən beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub.

Sfera.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-i xəbər yayıb.

Xəbərə əsasən, Kurqan şəhərinin prokurorluq əməkdaşı tərəfindən aparılan sorğu zamanı məlum olub ki, vətəndaş Rusiyaya qazanc üçün gəlib və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarıldığından xəbərsizdir.

O, ittiham edildiyi cinayətlə bağlılığını inkar edib.

Buna baxmayaraq, Azərbaycan polisi əməkdaşlarından alınan sənədlərdə göstərilib ki, bu şübhəli şəxsin cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb. Lakin müttəhimin gəlməməsi səbəbindən məhkəmə baş tutmayıb. Nəticədə müttəhimlə bağlı qiyabi şəkildə həbs-qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib.

Əldə edilən məlumatlara əsasən, Kurqan şəhərinin prokuroru RF Cinayət Məcəlləsinin 466-cı maddəsinə əsaslanaraq tutulan xarici vətəndaşın öz vətəninə qaytarılması təmin edilənədək həmin vətəndaşın həbs edilməsi vəsatətilə məhkəməyə müraciət edib.

Bu vəsatət yerinə yetirilib və tutulan şəxs bir ay müddətinə həbs edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO