Azərbaycanda 7 oğlan maşının şüşəsini qırıb, tələbə qızı qaçırdı - VİDEO

Azərbaycanda 7 oğlan maşının şüşəsini qırıb, tələbə qızı qaçırdı - VİDEO

Hazırda oxunan: Azərbaycanda 7 oğlan maşının şüşəsini qırıb, tələbə qızı qaçırdı - VİDEO

50117
 Ağcabədidə 21 yaşlı qız qaçırılıb.

Sfera.az "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə qız dərsdən evə qayıdarkən olub. 7 oğlan avtomobilin şüşələrini sındırıb qızı maşından çıxarıblar.

Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.

Bir müddət əvvəl İsmayıllı rayonunda məskunlaşmış, Laçın rayonundan olan bir ailədən Sevinc Musayeva üçün elçiliyə gəliblər. Anası deyir ki, onlara yox cavabı veriləndən sonra bu hadisə yaşanıb. Hazırda qızı qaçıran tərəf Sevincin valideynlərinə gənclərin ailə qurmaları üçün icazə vermələrini xahiş edir. Amma Musayevlər ailəsi deyir ki, qızın özü də həmin ailəyə gəlin köçmək istəmir.

Qızından xəbər ala bilməyən valideynlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Rayon polis şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Həm qızın, həm də onu qaçıran oğlanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO