Emil Məmmədov həbsdə qaldı

Emil Məmmədov həbsdə qaldı

Hazırda oxunan: Emil Məmmədov həbsdə qaldı

47817
İyunun 11-də Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri, həbsdə olan hüquq müdafiəçisi Emil Məmmədovun məhkəmə prosesi keçirilib. 

Moderator.az-ın məlumatına görə, “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansından “Media forum” saytına bildirilib ki, Salyan Rayon Məhkəməsi Emil Məmmədov haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi vəsatətinə baxılıb. Məhkəmə vəsatəti qəbul etməyib və Emil Məmmədov həbsdə saxlanılıb. Hüquq müdafiəçisi məhkəmədə iştirak etməyib. Prosesə məhbusun ailə üzvlərinin buraxılmadığı xəbər verilir.

Emil Məmmədov mayın 14-də həbs edilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) təqsirləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO