Azərbaycanda yol polisi arvadını qanına qəltan etdi

Azərbaycanda yol polisi arvadını qanına qəltan etdi

Hazırda oxunan: Azərbaycanda yol polisi arvadını qanına qəltan etdi

46959
 Bərdədə qanlı cinayət baş verib. 
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bərdə rayonu, Əliyanlı kənd sakini, 1987-ci il təvəllüdlü Şükürov Sevindik Şəmşir oğlu yaşadığı evdə həyat yoldaşı, 30 yaşlı Anjelikaya çoxsaylı bıçaq zərbələri endirib.

Hadisə evin yataq otağında baş verib və qadın ağır xəsarətlər alıb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. 

Hadisəni törədən Sevindik Şükürov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşıdır. O, inspektor vəzifəsində çalışır. Hadisədən sonra yol polisi əməkdaşı hüquq-mühafizə orqanlarına təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO