Polis rəisinin sürücüsünün öldüyü qəzada yaralananlardan biri də öldü

Polis rəisinin sürücüsünün öldüyü qəzada yaralananlardan biri də öldü

Hazırda oxunan: Polis rəisinin sürücüsünün öldüyü qəzada yaralananlardan biri də öldü

44367
Bakıda polis rəisinin sürücüsünün öldüyü qəzada yaralananlarda daha bir nəfəri vəfat edib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 10-da Bakı dairəvi yolunda baş verən qəzada “Hyundai-Tucson” markalı avtomobilin sürücüsü, 35 yaşlı Rövşən Əhmədov və sərnişini Emin Kərimov Klinik Tibbi Mərkəzə yerləşdirilib. R. Əhmədov xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib.
 
Qeyd edək ki, Bakı şəhər sakini, polis serjantı, 1979-cu il təvəllüdlü Rafiq Abbasovun idarə etdiyi 10 AA 104 dövlət nömrə nişanlı “Hyundai - Sonata” markalı avtomobillə “Hyundai-Tucson” markalı avtomobillər toqquşub. Nəticədə R. Abbasov hadisə yerində ölüb. R. Abbasovun idarə etdiyi maşın Səbail Rayon Polis İdarəsi rəisinin xidməti avtomobili olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO