Bakı-Şamaxı yolunda dəhşətli qəza - 3 ölü, 4 yaralı

Bakı-Şamaxı yolunda dəhşətli qəza - 3 ölü, 4 yaralı

Hazırda oxunan: Bakı-Şamaxı yolunda dəhşətli qəza - 3 ölü, 4 yaralı

38785
Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Moderator.az-ın məlumatına görə, qəza dekabrın 23-də gecə saat 23:50 radələrində Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində, Pirsaat çayı yaxınlığında qeydə alınıb.
 
60-BH-117 dövlət nömrə nişanlı VAZ 21011 və 90-HK-259 dövlət nömrə nişanlı VAZ 21015 markalı minik maşınlarının toqquşması nəticəsində ağır xəsarət alan şəxslərdən üçü dünyasını dəyişib, 4 nəfər isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hələlik ölən şəxslərin və yaralıların adları məlum deyil.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO