ATU-nun tələbəsi 4-cü mərtəbədən yıxılıb öldü

ATU-nun tələbəsi 4-cü mərtəbədən yıxılıb öldü

Hazırda oxunan: ATU-nun tələbəsi 4-cü mərtəbədən yıxılıb öldü

36955

Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silən zaman 4-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı idi.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. (report)

 

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO