Masallıda azyaşlı sünnət zamanı ölüb

Masallıda azyaşlı sünnət zamanı ölüb

Hazırda oxunan: Masallıda azyaşlı sünnət zamanı ölüb

34199
Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.
Sfera.az Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. 

Belə ki, valideynləri Kənan Abutalıbov Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib. 

Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO