Moskva yaxınlığındakı
Zveniqorodu qəsəbəsindəki evlərin birində qəfildən güclü partlayış baş verib.
Moderator.az-ın
"Komsomolskaya pravda"ya istinadən verdiyi xəbərə görə, hadisə yerinə
gələn xilasedicilər hadisənin baş verdiyi binanın bütün sakinlərini köçürdükdən
sonra evdə axtarış əməliyyatına başlayıblar.
Xilasedicilər evdən "F-1" qumbarasının qəlpələrini və parçalanmış
kişi cəsədi aşkar ediblər.
Ərazi polis məntəqəsindən verilən məlumatda, hadisənin baş vermə
səbəbləri ilə bağlı araşdırma aparılır. Bina sakinləri də polisə verdikləri
ifadələrində güclü partlayış səsi eşitdiklərini bildiriblər.





























































































