İsmayıllı rayonu ərazisində ağır yol qəzası baş verib. Moderator.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Muğanlı-İsmayıllı yolunun 16-cı km-də, İsmayıllı rayonu Basqal kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 1987-ci il təvəllüdlü Əsgərov İlham Əsgəralı oğlu 10 BX 576 dövlət nömrə nişanlı, “VAZ 21033” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanmış, Bakı sakini, 1955-ci il təvəllüdlü Alıyev Arif Məhəmməd oğluna məxsus 90 KJ 813 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük maşınına çırpılıb. “VAZ 21033” zərbənin təsirindən yoldan çıxaraq daş hasara çırpılıb və aşıb.
Hadisə
nəticəsində maşının sürücüsü İ. Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri
alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun sərnişini,
Şamaxı rayon sakini, 1996-cı il təvəllüdlü Qəribova Mahizər Aqil qızı isə hadisə
yerində dünyasını dəyişib.
Faktla
bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən
araşdırma aparılır.





























































































