Suraxanı rayon
Polis İdarəsinin 31-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, həyata
keçirilən araşdırmalar nəticəsində qətlə yetirilən qadının 1968-ci il
təvəllüdlü Nazilə Nüsrət qızı Əmrahova olması müəyyənləşib.
Moderator.az xəbər
verir ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi
təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əmrahovanı tanışı,
1970-ci il təvəllüdlü Zeynal Sadıqov tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum
olub. Z. Sadıqov tutulub.
Z.
Sadıqov polisə verdiyi ilkin ifadəsində N. Əmrahovanı borc üstündə öldürdüyünü
etiraf edib.
Polisdən
həmçinin bildirilib ki, qətli törədən Z. Sadıqov əvvəllər Dövlət Yol Polisində
çalışıb.






























































































