Rafiq Abbasov Hacıbala Abutalıbovun iclaslarını boykot edir  -QALMAQAL

Rafiq Abbasov Hacıbala Abutalıbovun iclaslarını boykot edir -QALMAQAL

Hazırda oxunan: Rafiq Abbasov Hacıbala Abutalıbovun iclaslarını boykot edir -QALMAQAL

32866

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov arasında narazılıq yaranıb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, şəhərin polis rəisi icra başçısının keçirdiyi tədbirləri, müşavirələri də boykot edir. Artıq üçüncü dəfədir ki, Rafiq Abbasov Hacıbala Abutalıbovun rəhbərliyi ilə keçirilən iclasları boykot edib. Sonuncu toplantıda isə bu olay merin əsəbiləşməsinə səbəb olub. Belə ki, köməkçilərinə üzünü tutan mer “soruşun görüm, niyə iclaslara gəlmir, şəhər prokurorundan onun nəyi artıqdır” deyə əllərini masaya çırpıb. 

Mənbəmiz onu da bildirib ki, generalla mer arasındakı soyuqluğun səbəbi polis rəisinin yaxın qohumlarının inşa etdirdikləri yaşayış binasının qəbul aktının verilməməsidir. 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO