Bakıda sərnişin avtobusu yandı: 2 nəfər alov içində qalıb

Bakıda sərnişin avtobusu yandı: 2 nəfər alov içində qalıb

Hazırda oxunan: Bakıda sərnişin avtobusu yandı: 2 nəfər alov içində qalıb

32527
Avtobusun yanması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, avtobusun yanması nəticəsində 47 yaşlı Təyyar Hümbətov və 57 yaşlı Vidadi Qasımv xəsarət alıb. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu gün səhər saat 09:00 radələrində Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusu yanıb. Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsində, Sülh küçəsində yerləşən Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında Bakıdan-Gürcüstana gedən ikimərtəbəli sərnişin avtobus qəfil alovlanıb. Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Yanğınsöndürənlər 2 nəfəri alovun içindən çıxarıb. 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Yanğının digər nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb və söndürülüb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO