Yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb

Yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb

Hazırda oxunan: Yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb

251895
Sumqayıt şəhərində piyadanın xəsarəti ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 17-də saat 20 radələrində Sumqayıt şəhərinin Metallurq küçəsində yolu keçən şəhər sakini Rüstəm Babaşovun müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və yol qəzasının “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb.

Araşdırma aparılır.

Nati
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO