Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Hazırda oxunan: Azərbaycanda daha bir uşaq qızılcadan öldü

237785

Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.

 

Sfera.az xəbər verir ki, Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.

 

Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.

 

O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

 

Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.

 

Qızılcadan vəziyyəti ağırlan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub.

 

Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.

 

TƏBİB-dən məlumat almağa çalışacağıq. (APA)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO