İmişlidə avtomobilin vurduğu piyada öldü - FOTO

İmişlidə avtomobilin vurduğu piyada öldü - FOTO

Hazırda oxunan: İmişlidə avtomobilin vurduğu piyada öldü - FOTO

223567

İmişli rayonunda yol qəzası baş verib, hadisə zamanı xəsarət alan piyada xəstəxanada ölüb.

 

Sfera.az bildirir ki, hadisə bu gün saat 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 94-cü kilometrliyində İmişli rayonu Qaradonlu kəndindən keçən hissəsində qeydə alınıb. Polad Nofərov idarə etdiyi 10-RS-375 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını ilə hərəkətdə olarkən piyada Kamran Musayevi vurub.

 

Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Fakt araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO