Bakıda avtobusdan enən şagirdi maşın belə vurdu - ANBAAN VİDEO

Bakıda avtobusdan enən şagirdi maşın belə vurdu - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda avtobusdan enən şagirdi maşın belə vurdu - ANBAAN VİDEO

220689

Bakıda avtobusdan enən şagirdi avtomobil vurub.

 

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Parlament prospektində baş verib.

 

Minik avtomobili dayanmış avtobusu sağdan ötməyə çalışıb. Bu zaman avtobusdan düşən məktəbli qızı vurub.

 

Xəsarət alan Elm və Təhsil Nazirliyinin İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Nərmin İmanzadə Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib.

 

Valideyninin razılığı ilə məktəblinin də fikirlərini öyrəndik.

 

Minik avtomobilinin sürücüsü isə kamera qarşısında müsahibədən imtina etdi.

 

O, şifahi olaraq bildirdi ki, avtobus dayanacaqdan kənarda saxlayıb və nəticədə belə hadisə baş verib.

 

''Baku Bus'' MMC-nin hüquq müdafiəçisi Rüstəm Cəfərov isə bu iddianın əsassız olduğunu qeyd etdi.

 

Rüstəm Cəfərov əlavə etdi ki, hər hansı sürücü dayanacaqdan kənarda saxlamağa cəhd etsə, bununla bağlı müvafiq tədbirlər görülür.

 

Faktla bağlı Səbail rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO