Rusiyalı modelin bu paylaşımı ukraynalıların etirazına SƏBƏB OLDU

Rusiyalı modelin bu paylaşımı ukraynalıların etirazına SƏBƏB OLDU

Hazırda oxunan: Rusiyalı modelin bu paylaşımı ukraynalıların etirazına SƏBƏB OLDU

188124

Məşhur rusiyalı model İrina Şeykin son paylaşımı sosial mediada səs-küy yaradıb.

 

Sfera.az bildirir ki, model “İnstaqram” hesabında hekayə paylaşıb və "Rusianzz on Wednesday..." (Ruslar çərşənbə günü...) qeydini yerləşdirib.

 

Şeykin “ruslar” sözünün sonundakı “s” hərfini “z” ilə əvəz etməsi Rusiyanın Ukraynaya hücumunu dəstəklədiyi istiqamətində fikirlərin yaranmasına səbəb olub.

 

Ukraynalı jurnalist Mariya Romanenko sponsorları rus modeli ilə müqavilələrini nəzərdən keçirməyə çağırıb. Hekayə 24 saatdan sonra avtomatik olaraq silinsə də, Şeykdən mövzu ilə bağlı heç bir açıqlama gəlməyib.

 

Xatırladaq ki, “Z” hərfi qısa zamanda müharibənin və rus ideologiyasının simvoluna çevrilib.

 

Türkan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO