"Azercell"ə məxsus avtomobil vuruldu: yaralılar var - ANBAAN VİDEO

Hazırda oxunan: "Azercell"ə məxsus avtomobil vuruldu: yaralılar var - ANBAAN VİDEO

183589

Gəncədə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Sfera.az Publika.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. 

 

Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Azercell" şirkətinə məxsus "Niva" markalı avtomobili arxadan vurub. Nəticədə "Niva" markalı avtomobilin sürücüsü Məmmədov Elnur Nizami oğlu idarəetməni itirib və maşın səkiyə çırpılıb. Zərbənin təsirindən avtomobildə olan 4 nəfər xəsarət alıb.Yaralılardan ikisi uşaqdır. 

 

Xəsarət alan şəxslər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

 

Yaralıların vəziyyətləri orta-ağırıdır. Şəxsiyyətləri dəqiqləşdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO