Qız qaçıran oğlunun görün harasını kəsdi  - Azərbaycanlı atadan DƏHŞƏT

Qız qaçıran oğlunun görün harasını kəsdi - Azərbaycanlı atadan DƏHŞƏT

Hazırda oxunan: Qız qaçıran oğlunun görün harasını kəsdi - Azərbaycanlı atadan DƏHŞƏT

182826

Türkiyənin Azərbaycanlılar yaşayan xa0Qars rayonunun Səlim kəndində bir ata qız qaçırdığına görə oğlunun qulağını kəsib.

Moderator.az Türk mediasına istinadla xəbər verir ki, adı açıqlanmayan M.E. sosial şəbəkə üzərindən Ankaradan H.A. adlı qızla tanış olub. Daha sonra qıza evlənmək vəd edərək yaşadığı rayondakı evinə aparıb.

Oğlanın atası D.Y. isə hadisə barədə xəbər tutunca çox əsəbləşib. Əsəbləşən ata əvvəlcə arvadı H.Y.-nı, sonra isə iki oğlunu evdə masaya bağlayıb. İddiya görə, ata qız qaçıran oğlunu daha sərt cəzalandırıb. Belə ki, oğlu M.E-nin sağ qulağını kəsib. xa0

Evdən qaçan M.E polisə gedərək vəziyyəti anladıb.

Qars Dövlət Xəstəxanasına yerləşdirilən M.E-nin kəsilən qulağı əməliyyatla təkrar yerinə tikilib.

Polis hadisə ilə bağlı ata D.Y-ni saxlayıb. Ata haqqında cinayət işi açılıb.


Zəhra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO