Xocalı aeroportundan sərnişin və hərbi təyyarələrinin İrəvana və s. uçuşu üçün istifadə etməyə cəhd edən separatçı rejim bölgəyə turist axınını artırmaq məqsədi ilə də bu obyektdən xa0yararlanmağa çalışır. xa0
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, ötən şənbə günü ”“ iyunun 17-də aeroport ərazisində “Artsakh air fest”x9d adı altında hava festivalı keçirilib. 800 nəfərə yaxın erməninin və xarici qonağın qatıldığı tədbir konsertlə müşayiət olunub. İştirakçılar xa0hava şarı, 2 yerlik motorlu təyyarə və paratraykla havaya qalxaraq işğal altındakı Azərbaycan xa0torpaqlarının gözəl mənzərəsini seyr ediblər. Hava şarı ilə uçmaq bir nəfər üçün 5 min drama(təxm.10,3 dollar), təyyarə və paratraykla isə 10 min drama(təxm.20,6 dollar) başa gəlib.
xa0








Sultan Laçın




























































































