Moderator.az Türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Yalova rayonunda tikintidə cəsədi tapılan altı yaşlı uşağın boğularaq öldürüldüyü və cinsi istismara məruz qaldığı ortaya çıxıb.
xa0
6 yaşlı Eylül Umutlu 31 mayda anasının qonşuya getməsindən sonra evdən çıxıb. Axşama qədər uşağı tapa bilməyən valideynləri polisə müraciət edib. Müraciətdən sonra polis qızcığazın xa0cəsədini evlərinə bir kilometr uzaqlıqdakı tikintidə, çamadanın içində tapıb.
Keçirilən ilk tibbi ekspertizada uşağın cinsi istismara məruz qaldığı müəyyənləşdirilib.xa0
Cinayət araşdırılarkən Murat Şahin A. adlı şübhəli şəxs saxlanılıb. Məhəllədə yaşayanlarla birlikdə uşağı axtarmağa çıxdığı öyrənilən şübhəli ifadəsində cinayətini etiraf edib. Murat Şahin A. həbs olunub.xa0
Uşağın ailəsi və yaxınları caninin ailəsinin yaşadığı evə hücum etmək istəyib, ancaq polis işə müdaxilə edib. xa0Qonşular onlarla birlikdə uşağın xa0axtarışınıa çıxmış qatil haqqında bunları deyib: "Axtarış işləri zamanı qatil diqqət çəkən qəribə hərəkətlər edirdi. Bir ara "Dünən buradan arxasında çamadan olan bir motosklet keçdi. Çamadanı binaya atıb getdi. Sürücüsü mənə bənzəyirdi" dedi. Bundan sonra binada aparılan axtarışda cəsəd tapıldı. Özü də saxlanıldı. Qızcığazı başqa bir yerdə əlləri ilə boğazını sıxıb öldürüb. Aparılan ilkin araşdırmada təəssüf ki, təcavüz izləri var".xa0
Qatilin həbsxanaya aparılarkən həbsxana əməkdaşlarına "Mənə orada bir şey edərlərmi?" deyə soruşduğu da öyrənilib.
Zəhra

































































































