Məscidlərdə ibadət edənlərə “amin”x9d kəlməsini tələffüz etmək cərimə hədəsi ilə qadağan edildi.xa0
Moderator.az xarici İslam saytlarına istinadla yazır ki, gözlənilməz qərar Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi tərəfindən verilib. xa0
Kazislam.kz. internet portalının yazdığına görə, İdarə qadağanın xa0vətəndaşların çoxsaylı müraciətlərindən sonra qoyulduğunu bildirib. Müftiliyin rəsmi bəyanatında deyilir: “Qazaxıstanlılar hənəfu məzhəbindən olan sünnilərdir. Məscidlərdə davranış qaydaları ona görə müəyyən edilib ki, QMRİ müsəlman icmasının dincliyinin pozulmasının, məscid imamlarına qarşı çıxışların və ibadətin yad bir cərəyanın qaydalarına uyğun aparılmasının əleyhinədir. Camaat arasında ixtilaf yaradanlar xa0yad cərəyanların davamçıları olan vətəndaşlardır ki, onlar məscidin qaydalarına tabe olmaq istəmir, hənəfi məzhəbini və Qazaxıstan ənənələrini qəbul etmir, dövlətin hüquqi normalarına riayət etmir və ölkənin dünyəvi prinsiplərinə hörmətlə yanaşmırlar. Məscidin qaydalarına riayət etməyərək onlar imamın buyruqlarını dinləmir, ibadətlərini hənəfi ənənəsinə uyğun icra etmirlər. Odur ki, biz xa0sələfi-vəhhabi cərəyanı nümayəndələrinin ayrı-seçkilik və xa0ixtilafların qızışdırılmasına yönəlmiş hərəkətlərini qınayırıq...”x9d
P.S. Məlumdur ki, vəhhabilik kimi qeyri-ənənəvi, ekstremist və radikal cərəyanlar zaman-zaman İslam dünyasını tam parçalamağa və bu dini yer üzündən tam silməyə cəhd göstərən məlum düşmənlərimiz tərəfindən formalaşadırılıb. Belə cərəyanların müsəlmanlar arasında ixtilaf və qarşıdurma yaratmasını asanlaşdırmaq xa0üçün onların nümayəndələrinə ibadətlərin icrası(namaz, oruc, Həcc, dəfn məarsimi və s.) zamanı lüzumsuz xırdalıqları qabartmaq üçün xüsusi proqramlar aşılanıb. Namazda filan sözü demək olar, yaxud olmaz, möhür işlətmək olar-olmaz, oruc olanda adi tüpürcəyi udmaq olar-olmaz və s. kimi nüanslar da bura daxildir. “Amin”x9d kəlməsinin işlədilib-işlədilməməsi də bu yöndə istifadə olunan qızışdırıcı vasitələrdən biridir. Bəzi mənbələr iddia edir ki, “amin”x9d qədimdə çoxallahlı yəhudilərin allahlarından birinin -“amon”x9dun adından götürülüb. Odur ki, müsəlmanları onu işlətməsi normal deyil. Digərləri deyir ki, bu, ərəb kəlməsidir və Peyğəmbərimiz “amin”x9d sözünü namazda, dualardan sonra işlətməyi sünnət buyurub. Hər bir tərəf xa0də başqa-başqa mənbələrdən sübutlar gətirməyə çalışır. Beləliklə, mübahisə dərinləşir, hətta bəzən sonda davaya, silahlı qarşıdurmaya da xa0çevrilir. xa0Odur ki, belə mənasız məsələlərdə radikal qruplara rəvac verib onların ixtilaf yaratmasına dolayısyla yardımçı olmaq gərək deyil. Yəqin ki, kiminsə “amin”x9d deməsi, yaxud deməməsi ilə nə dünya dağılacaq, nə də düzələcək. Əsas olan qəlbimizdəki Allaha bağlılıq, doğru niyyət və əməllərimizdir...
P.P.S. Maraqlanan xa0oxucularımız üçün “amin”x9d sözünün mənası, yozumu, ibadətdə işlənib-işlənməməsi barədə müxtəlif mənbələrdən aldığımız məlumatları təqdim edirik: xa0
xa0“...“Amin”x9d sözünün qədim yəhudi dilində "El meleh neeman" (Allah doğru¬culdur və ya doğru deyir) ifadəsindəki sözlərin baş hərflərindən təşkil edildiyi ehtimal olunur. Bibliyada bu söz bir neçə dəfə işlədilmişdir. Ərəb dilinə də bu kəlmə yəhudi dilindən keçmişdir. Adətən, dua zamanı dua edənin özü və onu eşidənlər "amin" söyləyirlər. Mənası budur ki, qoy bu duada deyilən sözlər həyata keçsin.
xa0Əhli-sünnə məzhəbinə görə, namazda Fatihə surəsinin oxunuşundan sonra “amin”x9d söyləmək sünnətdir. Şiələrin cəfəri məzhəbində isə bu, nəinki bəyənilmir, hətta namazı batil edir.
Digər mənbələrə görə,“Amin”x9d sözünün etimologiyası qədim Misir tanrısı Amonun adı ilə bağlıdır. Amon və yaxud Amen, Amoun, Ammen, Amoun kimi adı gedən tanrı günəş tanrısı sayılır. Həmçinin Misir tarixində ilk tanrı kimi qəbul edilir. Bibliya və Qurandan az çox başı çıxan biriləri də bilir ki, bu kitabların kökü gedib Misirə çıxır. Hətta Musa peyğəmbərin Misir fironu ilə söhbətlər və s.
Bundan əlavə, bu gün mövcud olan hər 3 ilahi dində günəşin tanrılaşması ilə bağlı simvollar və dəlillərə kifayət qədər çox rast gəlinir. Əgər “Zeigeist”x9d filminin birinci hissəsinə baxan olubsa, orada İsa peyğəmbəri necə günəş simvolu kimi təqdim olunduğunu açıq aydın sübut edirlər.
Xristianların Bibliyasında adı çəkilən “amin”x9dlər İsa peyğəmbərlə bağlıdır. Halbuki yəhudilərin Tövratında, özü də ilkin variant sayılan ibrani dilində olan kitabda isə “Amin”x9d “yaradılışın başlanğıcı”x9d və “hər şeyin şahidcisi”x9d kimi təqdim olunur. “Tanrı Amin”x9d sözü bir neçə yerdə işlədilir. Talmutda Amin sözü ”“ “güvənilən tanrı”x9d kimi qələmə verilir.
Beynəlmiləl dil sayılan latın dilində “amin”x9d sözü “amen”x9d kimi gedir. Həmçinin bir çox dillərdə “amin”x9d sözü “amen”x9d kimi yazılır və səslənir.
Ərəbcədən “Amin”x9d sözü 3 hərifli (elif-mim-nun) “amana”x9d sözündən formalaşıb, ibrani köklərə gedib çıxır və eyni mənanı daşıyır. İslamda “amin”x9d sözü dua edəndən sonra səslənir və Quranda heç bir yerdə işlədilməyib. Ancaq “əlif lam mim”x9d və “əlif lam ra”x9d ilə başlayan ayələrin hamısı qədim yəhudi hekayələri ilə bağlıdır. Əlif Lam Mim (Bəqərə, Əl-i İmran, Ankebut, Rum, Loöman, Səcdə); Əlif Lam Ra (Yunus, Hud, Yusif, İbrahim, Hicr).
Gördüyünüz bu surələrdə Incildən-Tövratdan, Musadan, İbrahimdən, Firondan və s. daha çox danışılır. Həmçinin ərəb dilinin özündə də Ra hərifi ”“ günəş mənasını verir. Amen Ra isə “Günəş allahı”x9d sayılır.
Digər iki dində Günəş simvollarına daha çox rast gəlinsə də, İslamda daha çox Ay simvollarına rast gəlinir. Ərəblərin tanrılarından biri sayılan və Məhəmməd peyğəmbərin də (s.ə.s) qəbul etdiyi Əl-İlah da (sonradan dəyişilərək Əl-Lah > Al-Lah > Allah kimi deyilməsi) Ay tanrısı sayılır. Bəlkə bu üzdən Məhəmməd peyğəmbər (s.ə.s) Quranda Günəş tanrısı olan “amin”x9ddən söhbət etmir, amma Ay tanrısı sayılan “əl-ilah”x9ddan daha çox danışır?
Həmçinin yəhudilik və xristianlıqda da “Amin”x9d sözü eyni mənani daşıyır və dua zamanı çox istifadə edilir.
İslamda “Amin”x9d sözünə Quranda rast gəlinmir. Amma Fatihə surəsindən sonra çox vaxt deyilir. İslamda “Amin”x9d sözünə ancaq hədislərdə rast gəlinir və əsasən sünnilər “amin”x9ddən çox istifadə edir. “Qoy belə olsun”x9d mənasından deyilsə də, əsl mənası “tanrı, günahlarımızı bağışla”x9d mənasıni verir və etimologiyaya əsasən bu tanrının Amen Ra olduğunu görmüş olarıq”x9d.
Sultan Laçın