Televiziyanın canlı yayımında deputatın alt paltarıyla bağlı xa0narahatçılığı onu ictimaiyyət qarşısında gülünc vəziyyətə saldı. xa0
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, gülməli olay Ukraynada baş verib. xa0
Ali Radanın binasından çəkiliş aparan Ukrayna televiziyasının canlı efirində tribuna qarşısında duran xa0“Poroşenko bloku”x9dndan olan Ali Rada üzvü Oleq Petrenkonun var gücü ilə alt paltarını düşməkdən saxlamağa çalışması video-yazıdan aydın görünür. Çıxış edən şəxsin yanında dayanan deputat xa0cins şalvarının cibinə soxduğu əllərinin köməyi ilə guya görünmədən ziqzaqvari hərəkətləri ilə paltarını yuxarı qaldırmağa cəhd edir.xa0
Ümumiyyətlə, Oleq Petrenkonun çox narahat olması, özünə yer tapmaması sezilir: ağzı ilə tez-tez nəfəs alır, başını o yan -bu yana döndərir, ayağının birini götürüb o birini qoyur, tüklü üzünü əli ilə silir. Xalq deputatının komik davranışları sosial şəbəkələrdə gülməcələr yaranmasına səbəb olub.xa0
Sultan Laçın

































































































