Bakıda küçədə 5 yaşlı uşaq tapıldı

Bakıda küçədə 5 yaşlı uşaq tapıldı

Hazırda oxunan: Bakıda küçədə 5 yaşlı uşaq tapıldı

162935
Bakıda küçədə 5 yaşlı uşaq tapılıb.

Sfera.az xəbər verir ki, bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 21-i axşam saatlarında Xətai rayonu, NZS qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına 5 yaşlı uşağın küçədə qalması barədə məlumat daxil olub. Daha sonra uşağın yeri müəyyən edilib və o, sığınacağa aparılıb.

Uşaq adının Arif olduğunu deyir. Polis əməkdaşları isə onun diləndirildiyini güman edirlər.

Hazırda Xətai RPİ-də uşağın yaxınlarının tapılması istiqamətində araşdırmalar aparılır.
 
(report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO