Mirşahin Ağayev xanımı ilə bağlı dezinformasiya yayanları məhkəməyə verir

Mirşahin Ağayev xanımı ilə bağlı dezinformasiya yayanları məhkəməyə verir

Hazırda oxunan: Mirşahin Ağayev xanımı ilə bağlı dezinformasiya yayanları məhkəməyə verir

140202
ANS-in vitse-prezidenti Mirşahin Ağayev həyat yoldaşı Səbinə Heydərovanın işdən çıxarılması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Mirşahin Ağayev haqqında yayılan məlumatlarla bağlı mətbuata geniş açıqlama verəcəyini bildirib. O, həyat yoldaşının işdən çıxarılması haqda məlumat yayan saytları məhkəməyə verəcəyini deyib.

“Bu xəbərlərlə bağlı geniş açıqlamam olacaq. Onu qeyd edim ki, bu məlumatları yayanları məhkəməyə verəcəyəm”x9d.

Qeyd edək ki, ölkə.az saytının yaydığı məlumata görə, Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova ANS TV-dəki işindən ayrılıb.

Saytın yaydığı məlumata görə, eyni zamanda ANS-də “Böyük Seva”x9d kimi tanınan Sevda Həsənova da işdən çıxıb. Məlumatda qeyd edilir ki, hər iki şəxsin işindən ayrılmasına səbəb ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə münasibətlərinin pisləşməsidir.xa0



ANS-in vitse-prezidenti Mirşahin Ağayev həyat yoldaşının telekanaldan ayrılması ilə bağlı yayılan xəbərlərə yenidən münasibət bildirib.

“Qafqazinfo”x9dya açıqlamasında M. Ağayev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“O məlumatı yayan mənbə hansı tula, hansı köpək, hansı itdirsə, yəqin ki, öz sahibinin əmrini icra edir. “ANS”x9d Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, şirkətin baş direktoru Mirşahin Ağayev və onun ailəsi arasında guya hansısa narazılıqların olması barədə yanlış məlumatlar yaymaqla ölkənin ən nüfuzlu infomasiya strukturlarından birinin ətrafında mənfi əhval-ruhiyyə yaratmaq istəyirlər. Səbinə Heydərova hazırda analıq məzuniyyətindədir. Doğrudur, o, bir müddət efirdə “Baş xəbər”x9d verilişinin aparıcı oldu, amma sonradan ailə vəziyyəti ilə əlaqədar analıq məzuniyyətini bərpa etmək qərarına gəldi. Bu gün də analıq məzuniyyətindədir. Vahid Mustafayevlə hər hansı bir mübahisənin olmasına gəlincə, o, “ANS”x9d Şirkətlər Qrupunun prezidentidir, onunla yalnız yaradıcılıq mövzusunda müzakirə və mübahisə etmək olar. Digər bütün hallarda isə onun əmrləri müzakirə olunmur, icra olunur. Səbinə Heydərova da “ANS”x9dın çoxsaylı kollektivinin adi üzvlərindən biridir”x9d.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO