Odlar Yurdu Universitetində beynəlxalq seminar keçirildi...

Odlar Yurdu Universitetində beynəlxalq seminar keçirildi...

Hazırda oxunan: Odlar Yurdu Universitetində beynəlxalq seminar keçirildi...

139075
Odlar Yurdu Universitetinin təşkilatçılığı və dəstəyi ilə fəaliyyət göstərən Müasir İnnovasiyalar Liseyində 28 May Respublika günü münasibətilə silsilə tədbirlər həyata keçirilib. 

Mayın 29-da Universitetin böyük iclas zalında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”x9d haqqında sənədin icrasına yönələn beynəlxalq seminar təşkil edilib. Odlar Yurdu Universitetinin dəstəyi ilə fəaliyyət göstərən məktəblərin - “Müasir İnnovasiyalar Liseyi”x9d (MİL)  və “Bakıdakı Britaniya Məktəbi”x9dnin  (BSB)  təşkilatçılığı ilə həmçinin Siegen Universiteti (Almaniya), Free University of Berlin (Almaniya), International University of Struga (Makedoniya), Mersin Univeristeti (Türkiyə) və Qafqaz Beynəlxalq Universitetinin (Gürcüstan)  akademik dəstəyi ilə təhsil sahəsində beynəlxalq təcrübə və meyllər, təhsilin sosial-iqtisadi rolu mövzularını əhatə edən "Fəal müəllim: Beynəlxalq təcrübənin müasir tətbiqləri”x9d mövzusunda keçirilən beynəlxalq seminar böyük marağa səbəb olub. 

Tədbirdə iştirak edən Moderator.az əməkdaşının bildirdiyinə görə əvvəlcə Dövlət himni səsləndirilib.


Sonra Odlar Yurdu Universitetinin rektoru prof. Ə.A.Vəliyev giriş sözü ilə seminar iştirakçılarını salamlayaraq  seminarın işinə uğurlar arzulayıb:  

"Professor Əhməd Vəliyev çıxışında son illərdə Respublikamızda gedən təhsil quruculuğundan, milli təhsilin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində aparılan işlərdən, ümumən  təhsil siyasətinin uğurlarından geniş söhbət açdı.


Natiq həmçinin bildirdi ki, rəhbərlik etdiyi ali məktəb təhsilin bütün pillələrinin inkişafı üçün bu cür seminarların, dəyirmi masaların keçirilməsinə hazırdır. O, həmçinin müəllimlərin bilikli, hərtərəfli dünyagörüşə malik olan məzunlar yetişdirməsinin yollarından, ölkəmizdə orta təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrindəki uğurlarından danışdı. Ə. Vəliyev ölkəmizdə təhsili prioritet sahə kimi həmişə diqqətdə saxladığına görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. 

Odlar Yurdu universitetinin məzunu, Müasir İnnovasiyalar Liseyinin direktoru, Təhsil Nazirliyinin bir çox layihələrinin eksperti Sevinc Vaqif qızı Əliyeva “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”x9dından irəli gələn müasir dövrdə təhsil bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərə toxundu, eyni zamanda ölkəmiz qarşısında duran strateji vəzifələr, sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasında, davamlı iqtisadi inkişafın təmin edilməsində təhsilin rolundan danışdı. O, həmçinin müasirləşmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, təhsil sahəsində innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əhəmiyyətini qeyd etdi.   

Seminarın gündəliyi iştirakçıların maraq dairəsində olan mövzuları özündə əks etdirir: 

”¢ Ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması;
”¢ Ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsi;
”¢ Beynəlxalq təcrübə - qabaqcıl ölkələrdə təhsil müddətinin tədricən artırılması;
”¢ Müasir, fəal-interaktiv təlim metodları;
”¢ Beynəlxalq təcrübə 12 və 13 illik orta təhsil modelləri: 

Almaniya təcrübəsi

”¢ Türkiyə təhsil modeli - universitetlərə hazırlıq və qəbul standartı
”¢ Yay məktəbi - işləmək imkanı  


Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev müasir təhsillə ənənəvi təhsilin varislik əlaqələrindən, təhsilin fasiləsizliyi məsələlərindən söhbət açdı. Natiq bildirdi ki, müasir təhsil texnologiyaları müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına yardımçı olmalıdır. O, bildirdi ki, müasir təhsil texnologiyaları içərisində “əməkdaşlıqda öyrətmə”x9d, “debat texnologiyası”x9d, “modul tədris texnologiyası”x9d, “informasiyanın əldə olunası texnologiyası”x9d, “problemin öyrədilməsi texnologiya”x9dsının tətbiqi fəal müəllimin formalaşmasına təkan verəcək. Təhsil ekspertinə görə, bu cür seminarlar pedaqoqların, təlimçilərin, ekspertlərin bir araya gəlmələrində mühüm rol oynayır və təcrübələrini bölüşməsinə şərait yaradır.

Psixoloq-təlimçi Anna Sergeyevna müasir, fəal-interaktiv təlim metodlarının  tətbiqində psixoloji yanaşmalar, müəllimlərin psixoloji durumu, yaranan problemlərin ünsiyyət, psixoloji yanaşma ilə aradan qaldırılmasının yolları, şagirdin şəxsiyyət kimi yetişməsində müəllimin rolunu maraqlı təqdimatla dinləyicilərin nəzərinə çatdırdı.
 
Seminarda 12-13 illik təhsilə keçidlə bağlı Almaniya təcrübəsi, Almaniyadakı ümumtəhsil və universitetlərindəki təhsil haqqında Almaniyanın “Biye-maje”x9d tədris mərkəzinin icraçı direktoru Samirə Kazımova çıxış etdi. Və iştirakçıların suallarını cavablandırdı.

Digər təlimçilərin də təqdimatı dinləyicilərin böyük marağına səbəb oldu. 
Seminarda iştirak üçün 1200 nəfər online qeydiyyatdan keçmişdi. İştirakçıların 989 nəfərindən 221-i orta məktəbləri təmsil edirdilər. Seminarda məktəbəqədər təhsil müəssisələrinin müəllimləri, rəhbər işçilər və  valideynlər də üstünlük təşkil edirdi. 
Yekunda bütün iştirakçılara  beynəlxalq sertifikatlar verildi".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO