İngiltərənin paytaxtı Londonda keçirilən elmi seminarda ABŞ-ın tarixçi alimi, professor Castin Mc Karti birinci dünya müharibəsi illərində ermənilərin Vanı ələ keçirirək bölgədəki bütün müsəlmanları öldürdüyünü qeyd edib.
Moderator.az türk mediasına istinadən xəbər verir ki, Londondakı Türk Əlaqələri İnstitutunda çıxış edən ABŞ alimi 1828, eləcə də 1877-78-ci illərdə ermənilərin ruslara casusluq etdiyini, rusların da öz xa0növbələrində onları müsəlmanlara qarşı istifadə etdiyini faktlarla əsaslandırıb.xa0
Mc Marti həmçinin Türkiyənin 6 vilayətinə erməni hücumun olduğunu da qeyd edib. Onun sözlərinə görə bu haqda tarixi sənədlər bu gün də ingilis arxivlərində saxlanılır.
Elmin Nuri































































































