ANAMA-nın əməkdaşı minaya düşdü

ANAMA-nın əməkdaşı minaya düşdü

Hazırda oxunan: ANAMA-nın əməkdaşı minaya düşdü

130064
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı minaya düşüb.

Agentliyin Təmizləmə Qrupunun Bölmə rəhbəri, 04 iyul 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu işğaldan azad olunmuş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş vermişdir. Nəticədə Mirzəyev Elməddin Tofiq oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuş və çox saylı qəlpə yarası almışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO