Bakıda ödəmə terminalını soyan dəstə saxlanıldı

Bakıda ödəmə terminalını soyan dəstə saxlanıldı

Hazırda oxunan: Bakıda ödəmə terminalını soyan dəstə saxlanıldı

127866
Bakının Suraxanı rayonu polis idarəsinin 30-cu polis bölməsi Hövsan qəsəbəsində mağazaya soxulan dəstə üzvlərini həbs edib. ANS PRESS-in məlumatına görə, keçirilən əməliyyat tədbiri ilə məktəb küçəsindəki mağazadan ödəmə terminalını qarət edən 3 nəfər saxlanılıb.

Saxlanılan 30 yaşlı Sərxan Hüseynov, 26 yaşlı Röyal Səfərov və 33 yaşlı Teymuraz Teymurov gecə saatlarında Fəxrəddin Həsənova məxsus obyetkə gəliblər. Bir neçə dəqiqəlik müşahidədən sonra plana əsasən Röyal Səfərov mağazanın qapısını qıraraq içəri keçir. 

Tanışlar hədəflərində olan ödəmə terminalının kassa qurğusunu oğurlayırlar. Daha sonra onlar Sərxana məxsus “Mercedes”x9d maraklı maşınla ərazidən uzaqlaşırlar. Qəsəbədən uzaqlaşan tanışlar kassadan pulu götürdüksən sonra onu yol kənarına atırlar.

30-cu polis bölməsinin rəis müavini Məhəmməd Qarayevin sözlərinə görə, hadisə zamanı ödəmə terminalına 800 manata yaxın ziyan dəyib. Bundan əlavə saxlanılan şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı onların bir neçə oşxar əməllərinin varlığı da üzə çıxıb.

Dəstə üzvlərinin törətdiyi cinayət əməli ilə bağlı toplanılan materiallar istintaqa göndərilib. İstintaqın gedişi zamanı tanışların törətdiyi əməllərinin dəqiq sayı və onların törətdiyi silsilə cinayətləridən dəymiş ziyanın məqləği müəyyən ediləcək.

Analoji hadisə Bakıda daha əvvəl də qeydə alınıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO