Göyçayda yeniyetmə oğlan ad günündə faciəli şəkildə öldü

Göyçayda yeniyetmə oğlan ad günündə faciəli şəkildə öldü

Hazırda oxunan: Göyçayda yeniyetmə oğlan ad günündə faciəli şəkildə öldü

121661
 Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Çayarxı kəndində qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu həmyaşıdları ilə oynayarkən ehtiyatsızlıq edərək həyətin dəmir darvazasını üstünə aşırıb. Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dünən Fərid Qədirovun doğum günü idi, onun 15 yaşı tamam olub.

(report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO