Bakıda “Azəriqaz”x9d İstehsalat Birliyinin işçisi yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə Xəzər rayonu, Türkan qəsəbəsində bir neçə gün öncə baş verib.
İB-də qaynaqçı işləyən Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhərrəm Məhərrəmov qəsəbə sakini 1989-cu il təvəllüdlü Samir Mayılovun bir müddətdir ödəniş etmədiyi üçün ona məxsus evə gedən qaz xəttini kəsərkən hasardan yıxılaraq xəsarət alıb. Yaralı vəziyyətdə Neftçilər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. “Azəriqaz”x9d işçisinin kənar müdaxilə nəticəsində yıxılıb-yıxılmadığı barədə araşdırma aparılır.(Qafqazinfo)



























































































